https://525.az/img/pics/medium/2025-04/349933_djv39rrpi9.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2025-04/349841_7ko6hajd3l.jpg İki şair, bir ruh: Bəxtiyar Vahabzadə və Hüseyn Razi - Fərman Xəlilov yazır
https://525.az/img/pics/medium/2024-11/333662_89a4wzi2ik.jpg Qərbi Azərbaycan mətbuatı: aktual və maraqlı tədqiqat predmeti - Abid Tahirli yazır
https://525.az/img/pics/medium/2021-04/189910_jsd1kgaqqq.jpeg "Ədəbiyyat artıq yükü sevmir..."
search
17 Aprel 2025

Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi

Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.

QOL.az xəbər verir ki, İstanbul təmsilçisinin Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür "ARB 24" kanalına açıqlamasında bununla bağlı xəbərləri təsdiq edib. O deyib ki, Qurban Qurbanovun yeni mövsüm üçün "Beşiktaş"ın baş məşqçisi vəzifəsinə namizədlər arasında olması barədə xəbərlər doğrudur:

"Amma bu gün üçün qətiləşmiş bir durum yoxdur. Çünki çoxlu namizədimiz var. "Beşiktaş" Fernando Santuşda axtardığını tapa bilmədi. İndi axtarışlar başlayıb. Yeni mövsüm üçün baş məşqçimizin əcnəbi olacağı görünür. Lakin əlbəttə, Sərgən Yalçın kimi ismi ön plana çıxan türk məşqçimiz də var. Qurban Qurbanov da namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır. Amma hələlik qəti qərar verilməyib və indi bu barədə danışmaq tez olar" - deyə klub rəsmisi bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.