Əlcəzairdə könüllülər ölüm təhlükəsi ilə üz-üzə qalan 300-dək cəhrayı flamonqonu xilas ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şərqində yerləşən və adıçəkilən quşların məskən saldıqları Tinsilt gölü gözlənilmədən quruyub.
Nəticədə böyük quşlar yumurtalarını və balalarını ataraq başqa yerə ucmağa məcbur olublar. Baxımsız qalan balaların əksəriyyəti aclıq, susuzluq və vəhşi heyvanların qurbanı olsalar da, 283 bala xilas edilərək başqa yerə aparılıb.
Aksiyanın təşkilatçısı vəhşi təbiəti izləyən həvəskar fotoqraf Tarik Kavaylia olub. Məhz onun həyəcan təbili çalmasından sonra könüllülər quşları xilas ediblər.
Qeyd edək ki, yaşayış arealı geniş olan cəhrayı flaminqolara Abşeronda da rast gəlinir. Onlar bura qışlamaq üçün uçurlar. Çəhrayı flaminqonun nəsli kəsilmək təhlükəsi var və bu üzdən adı Qırmızı kitaba salınıb.
L.Tağıyeva