Daruvar şəhərində yerləşən qocalar evinə silahlı basqın nəticəsində ölənlərin sayı 6-a çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında baş verib. Naməlum şəxs qocalar evinə girərək sakinlərə atəş açıb. Nəticədə 5 nəfər həyatını itirib, 1 nəfər ağır yaralanıb.
Həkimlərin səylərinə baxmayaraq, yaralını xilas etmək olmayıb.
Yerli polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi həbs edib. O, keçmiş hərbi polis işçisidir.
Qeyd edək ki, şübhəlinin anasının da həmin qocalar evində yaşadığı bildirilir.
L.Tağıyeva