|
|
|
|
Yunanıstanda son 24 saat ərzində 45 yerdə baş verən meşə yanğınlarından 31-nin nəzarət altına alındığı, 14 yanğının söndürülmə işlərinin davam etdirildiyi bildirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkə daxilində 45 meşə sahəsində yanğınlar baş verib.
Havadan və qurudan yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə onlardan 31-i nəzarətə götürülüb, 14 meşə yanğınının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Digər tərəfdən, iyulun 18-də Korinfin Velos bölgəsində baş verən meşə yanğını ilə əlaqədar 72 yaşlı bir şəxsin həbs edildiyi bildirilib.
Yunan mətbuatında çıxan xəbərlərdə yanğını özünün törətdiyini etiraf edən qocaya 37 ay həbs cəzası verildiyi bildirilib.
Malik Atilay