|
|
|
|
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-də prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Donald Trampla telefon danışığı aparıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında etdiyi paylaşımda ABŞ-da prezidentliyə namizədliyini irəli sürən keçmiş prezident Donald Trampla telefonla danışdığını bildirib.
“Onu Respublikaçılar Partiyasından namizədliyi münasibətilə təbrik etdim. Ukraynanın azadlığını və müstəqilliyini qorumaq üçün Amerika dəstəyinin həyati əhəmiyyətini vurğuladım", - deyə prezident qeyd edib.
Malik Atilay