Hindistanda 19 yaşlı qadının başından 77 iynə çıxarılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda baş ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilən qadın ümumilikdə 2 əməliyyat olunub.
Hindistanın şərqindəki Odişa əyalətində yaşayan qadın müşahidə altında saxlanılıb. Səlahiyyətlilər qadının psixoloji probleminin olmadığını bildirib.
Gənc qız şiddətli baş ağrısı şikayəti ilə cümə axşamı əyalətin Bhima Bhoi Tibb Kolleci və Xəstəxanasına yerləşdirilib. Skan zamanı onun başına çoxlu iynələr vurulduğu məlum olub.
Əvvəlcə səkkiz iynə çıxarılsa da, vəziyyəti yaxşılaşmayıb və ona görə də başqa xəstəxanaya köçürülüb. Burada aparılan iki əməliyyat zamanı daha 69 iynə çıxarılıb.
Əməliyyat gecə saat 2 radələrində başlayıb və bir saat yarım davam edib. İynələrin heç birinin sümüklərə nüfuz etmədiyi bildirilib.
Malik Atilay