|
|
|
|
Bananın insan orqanizmi üçün faydaları olduqca çoxdur. Buna görə də dietoloqlar onu hər gün yeməyi məsləhət görürlər.
525.az xəbər verir ki, bu barədə “GreenPost” nəşrində dərc olunan araşdırmada deyilir.
Qeyd olunub ki, banan ilk növbədə insana enerji verir. Mütəxəssislər, xüsusilə qadınların öz qida rasionuna banan əlavə etməyi məsləhət görürlər. Çünki bananda bədəndə kollagenin istehsalını təşviq edən çox miqdarda marqan var. Məhz bu maddə qocalmadan qorunmağa kömək edir.
Tərkibindəki kalium da onu çox faydalı edir. Bu mikroelement ürək və qan damarlarının sağlamlığını qoruyur, qan təzyiqini idarə etməyə kömək edir.
Bananda, həmçinin askorbin turşusu da var. Beyin fəaliyyətini yaxşılaşdırmaq və dəmiri daha tez mənimsəmək üçün ona ehtiyacı var. Banan, yağları və karbohidratları enerjiyə çevirməyə kömək edən B6 vitamini ilə zəngindir. Sinir sistemini sağlam saxlayan da bu vitamindir.
Diyetoloqlar deyirlər ki, banan idmançılar üçün ən yaxşı məhsuldur.
Bananın digər müsbət xüsusiyyəti də həzmə müsbət təsir göstərməsidir. Bu meyvə bağırsaq sağlamlığını qorumaq üçün lazım olan həll olunmayan liflə zəngindir.
Pərvanə Sultanova