Rusiya Dövlət Duması miqrantların məhkəmə qərarı olmadan ölkədən çıxarılmasına icazə verən qanunu təsdiqləyib.
525.az APA-ya istinadən xəbər verir ki, xarici ölkə vətəndaşlarının ölkədən çıxarılacağı hallar müəyyən edilib.
Qanunda təsbit olunanlara əsasən ictimai qaydanı pozan, müxtəlif xarakterli inzibati xətalar törədən, müvafiq icazə olmadan əmək fəaliyyəti ilə məşğul olan,
Qeydiyyatı müddət bitən, sərhəd-buraxılış məntəqələrindən keçid qaydalarının pozan, səfərin məqsədlərindən kənar fəaliyyətlə məşğul olan, habelə Rusiya ərazisində yaşayış hüququ verən sənədləri itirən miqrantlar ölkədən deportasiya olunacaq.
Bu qayda həmçinin yaşayış müddəti başa çatan, ekstremizmə yönələn açıq çağırışlar edən şəxslərə də şamil olunacaq.
Sənəddə onun icrasının Daxili İşlər Nazirliyinə həvalə olunduğu göstərilib.