|
|
|
|

Uzunömürlülük, stresslə mübarizə və sağlamlığı qorumaq üçün gündə 10 min addım atılmasının zəruriliyi köhnəlmiş və səhv məlumatdır. Mütəxəssislər bunu yeni təcrübələr zamanı sübut ediblər.
525.az xəbər verir ki, bu barədə “Dailynews” məlumat yayıb. Qeyd olunub ki, bir insanın gün ərzində atdığı addımların sayı mükəmməl bələdçi və ya fiziki sağlamlıq və uzunömürlülüyün dəqiq göstəricisi deyil.
“Gündə 10 min addım iddiası elmi araşdırmanın nəticəsi deyil, marketinq hiyləsidir. Konsepsiya bir yapon şirkətinin “Gəlin gündə 10 min addım ataq” şüarı ilə yeni addımölçən buraxdığı zaman yaranıb”, - cərrah Kennet P. Moritsuqu bildirib.
Harvard Universitetinin Brigham və Qadın Xəstəxanasının həkimləri tərəfindən aparılan yeni araşdırmaya görə, gündə 4400 addım atmaq ömrünüzü uzatmaq üçün kifayətdir. Bununla belə, onların sayı artdıqca vaxtından əvvəl ölüm riski azalmağa davam etdi, lakin gündə təxminən 7500 addımda sabitləşdi.
Scientific Reports-da dərc olunan araşdırmaya görə isə səyahət etdiyiniz məsafədən çox təbiətdə keçirdiyiniz vaxta diqqət yetirməliyik.
Pərvanə Sultanova



