|
|
|
|

Sudan döyüşçüləri 15 aylıq müharibədən sonra bu faciəni dayandırmalı və danışıqlar masasına oturmalıdırlar.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) "X"də yazıb.
"Aİ avqustun 14-də İsveçrə və Səudiyyə Ərəbistanının birgə ev sahibliyi edəcəyi ABŞ tərəfindən planlaşdırılan atəşkəs danışıqları da daxil olmaqla müharibəyə son qoymaq üçün bütün səyləri dəstəkləməyə hazırdır", - o qeyd edib.



