|
|
|
|

“Rusiya Federasiyası və Çinin iştirakı olmadan Ukraynada sülhə dair danışıqlar mənasızdır”. 525.az xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel yerli KİV-ə müsahibəsində deyib.
“Rusiya və Çin masa arxasında olmasa, heç bir sülh danışıqları aparmaq həqiqətən mümkün olmayacaq”, - prezident bildirib.
Onun sözlərinə görə, iyunda İsveçrədə keçirilən Ukrayna üzrə sülh konfransı sülh razılaşmasının əldə olunacağı görüş olmamalı idi.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlara hazırdır, lakin Kiyevin hazırlıq dərəcəsini anlamaq lazımdır.
Pərvanə Sultanova



