|
|
|
|

3 minə yaxın miqrant Meksikanın cənubunda yerləşən Çyapas ştatından ölkənin ABŞ ilə sərhədinə tərəf hərəkətə başlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, aralarında uşaqlar və gənclərin əksəriyyət təşkil etdiyi dəstə tez bir zamanda ABŞ-yə keçmək istəyir.
Onlar Donald Trampın prezident seçiləcəyi təqdirdə qonşu dövlətə keçməyin mümkün olmayacağından ehtiyatlanır.
Qeyd edək ki, Donald Tramp çıxışlarının birində prezident seçiləcəyi təqdirdə sərhədləri bağlamaq və ya ölkəyə giriş şərtlərini sərtləşdirmək üçün tədbirlər görəcəyini bildirmişdi.
L.Tağıyeva



