|
|
|
|

“Çətin sınaqlara baxmayaraq, Rusiya və Suriya etibarlı münasibətlərini qoruya bilib”.
525.az TASS-a istinadən xəbər verir ki, bunu Vladimir Putinlə görüşü barədə danışarkən Suriya prezidenti Bəşər Əsəd deyib.
Dövlət başçısı bildirib ki, onilliklər ərzində iki ölkə çətin daxili sınaqlardan keçib: “Bu illər ərzində müxtəlif hallarla üzləşmişik. Lakin ölkələrimiz arasındakı qarşılıqlı inam münasibəti dəyişməyib”.
Onun sözlərinə görə, Rusiya və Suriya arasındakı etibar iki ölkə insanlarının müdrikliyini göstərir.
Qeyd edək ki, Moskvadakı görüş zamanı Putin və Əsəd bölgədəki vəziyyəti müzakirə ediblər. Rusiya lideri qeyd edib ki, suriyalı həmkarının fikirlərini eşitmək onun üçün önəmlidir.
İbrahim CƏFƏROV



