|
|
|
|

ABŞ-ın keçmiş prezidenti Barak Obama qarşıdan gələn prezident seçkilərində iştirak etməyi planlaşdıran ölkənin vitse-prezidenti Kamala Harrisin “gizli mentoru”na çevrilib.
525.az xəbər verir ki, bu barədə “The New York Times” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Məqalədə deyilir ki, Obama demokratların prezidentliyə mümkün namizədi olduqdan sonra Harrislə müntəzəm olaraq danışır və təcrübələrini onunla bölüşür.
Eyni zamanda, Obamanın mütəmadi olaraq keçmiş köməkçiləri ilə əlaqə saxladığı vurğulanıb. Söhbət sabiq ABŞ liderinin Harrisin Prezident seçilməsinə kömək etməyə qadir hesab etdiyi insanlardan gedir.
Həmçinin, nəşrin yazdığına görə, o, Demokratlar Partiyasından mümkün namizədin seçki kampaniyasının başlamasından təsirlənib. Obama yaxın ətrafına Harrisin namizədliyinin düzgünlüyünə şübhə ilə yanaşması iddia edilən çoxlu xəbərlərdən təəccübləndiyini də söyləyib.
ABŞ-ın hazırkı vitse-prezidenti Ağ Ev rəhbəri Co Baydenin seçki yarışından geri çəkildiyini elan etdikdən sonra Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə mümkün namizəd hesab olunmağa başlayıb.
Pərvanə Sultanova



