|
|
|
|

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistlərin olduğu avtobus qəzaya düşüb.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Yomiuri Shimbun" nəşrinin əməkdaşı Vakako Yuki məlumat verib.
Onun sözlərinə görə, avtobus metal dirəyə çırpılıb. O, xəsarət almadıqlarını bildirib: "Sürücü şokda olduğu üçün heç bir söz demədi. Biz növbəti avtobusu gözləməkdənsə, ən yaxın metro stansiyasına piyada getməyə qərar verdik".
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.



