|
|
|
|

Rusiya Aerokosmik Qüvvələrinə məxsus "Su-34" təyyarəsi Volqoqrad vilayətində planlı təlim uçuşunu yerinə yetirərkən qəzaya uğrayıb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlimay yayıb. Bildirilib ki, ekipaj katapult edib, pilotların həyatı üçün təhlükə yoxdur.
Qırıcı boş əraziyə düşüb. İlkin səbəb texniki nasazlıqdır.



