|
|
|
|

Almaniya hökuməti Rusiya prezidenti Vladimir Putinin Almaniya ərazisində ABŞ-ın dəqiq idarə olunan silahlarının yerləşdirilməsinə cavab veriləcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, lakin yenə də ölkədə belə çəkindirici vasitələrin olmasını zəruri hesab edir.
525.az xarici KİB-ə istinadən xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Kristian Hofman deyib.
“Biz bunu (Rusiya liderinin sözlərini) nəzərə alırıq. Bu silahların yerləşdirilməsinin nəyə görə lazım olduğunu çox ətraflı izah etdik”, - o bildirib.
Hoffmanın sözlərinə görə, Rusiya Federasiyasının regionda strateji balansı dəyişdiyi və qanadlı raketləri ilə respublikanı təhdid etdiyi üçün Almaniya çəkindirici vasitələri əldə etməlidir. Eyni zamanda Almaniya hökumətinin nümayəndəsi bildirib ki, ölkə hakimiyyəti Avropada silahlara nəzarətin bərpasında maraqlıdır.
İyulun 28-də Putin Rusiya Hərbi Dəniz Qüvvələrinin paradında çıxış edərək, ABŞ-ın 2026-cı ildən Almaniya ərazisində uzaqmənzilli dəqiq raket sistemləri yerləşdirmək planlarını şərh edib. O xəbərdarlıq edib ki, bu plan həyata keçərsə, Moskva daha özünü orta və qısa mənzilli raketlərinin yerləşdirilməsinə moratoriuma riayət etməyə borclu hesab etməyəcək.
Pərvanə Sultanova



