|
|
|
|

ABŞ Dövlət Departamenti Livandakı Amerika vətəndaşlarına ölkəni tərk etməyə çağırıb.
525.az xəbər verir ki, dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Rena Bitterin müvafiq bəyanatı ABŞ-ın Beyrutdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.
“ABŞ vətəndaşlarını böhran başlamazdan əvvəl Livanı tərk etmələrinə çağırırıq”, - məlumatda deyilir.
Amerika hakimiyyəti həmçinin Yaxın Şərqdə vəziyyətin növbəti gərginləşməsi fonunda insanları Livana səfər etməməyə çağırıb.
Bundan əvvəl İsrail ordusu Livanın cənubunda 15 yaşayış məntəqəsini atəşə tutub.
Pərvanə Sultanova



