|
|
|
|

ABŞ-nin sabiq dövlət başçısı, prezidentliyə namizəd Donald Tramp Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarının açılış mərasimini biabırçılıq adlandırıb.
525.az-ın məlumatına görə, Tramp “Fox News”a müsahibəsində bildirib ki, bütün dünya xristianları “Son şam yeməyi” tablosunun parodiyasından hiddətləniblər:
“Mən geniş fikirli insanam. Lakin Parisdəki olimpiadanın açılışında baş verənlər biabırçılıq idi”.
Siyasətçi əlavə edib ki, seçkilərdə qalib gələcəyi halda 4 ildən sonra Los-Ancelesdəki Olimpiya Oyunlarında bənzər hadisənin yaşanmasına imkan verməyəcək: “Bizdə bu cür “Son şam yeməyi” olmayacaq”.
Xatırladaq ki, iyulun 26-da Olimpiya Oyunlarının açılış mərasimində transseksualların və transvestitlərin Leonardo da Vinçinin İsa Məsihin şagirdləri ilə son yeməyi səhnəsini əks etdirən məşhur “Son şam yeməyi” tablosunu parodiya etmələri dünya xristianlarında hiddət və qəzəb doğurub.
İbrahim Cəfərov



