|
|
|
|

Temperaturun həddən artıq yüksəlməsi asimptomatik miokard işemiyası riskini artıra bilər.
525.az xəbər verir ki, bu barədə Monreal Universitetinin alimləri tərəfindən aparılan araşdırmanın nəticələri göstərir.
Tədqiqatda 20 sağlam gənc (orta yaş 28 yaş), 21 sağlam yaşlı (orta yaş 67 yaş) və ürək-damar xəstəliyi olan 70 yaşlarında 20 nəfər iştirak edib.
Onlara havanın temperaturunu dəyişmək üçün avadanlıqla təchiz olunmuş xüsusi otaqda qalmaları tapşırılıb. Alimlər könüllülərin bədənlərinin daxili temperaturu 1,5°C yüksələnə qədər otağı qızdırıblar.
Nəticələr göstərib ki, bədən istiliyində hər 1,5°C artım üçün qan dövranının həcmi sağlam gənclərdə 0,8 ml/dəq, sağlam yaşlılarda 0,7 ml/dəq, ürək-damar xəstəliyi olan yaşlı insanlarda isə 6 ml/dəq artıb.
Tədqiqatçılara görə bu nəticələr ürək-damar hadisələri riskinin artdığını göstərir. Həmçinin, koronar arteriya xəstəliyi olan yaşlı iştirakçıların 35% -ində həddindən artıq istiləşmə nəticəsində kəskin miokard işemiyasının asimptomatik əlamətlərinin meydana çıxdığı aşkar edilib. Bu, ürək əzələ hüceyrələrinə oksigen və qidalandırıcı maddələrinin xroniki olaraq qeyri-kafi tədarükü nəticəsində yaranan bir vəziyyətdir.
Pərvanə Sultanova



