|
|
|
|

Kayak və kanoe üzrə Fransa milli komandasının məşqçisi Qiyom Berj Parisdə polisə müqavimət göstərdikdən sonra saxlanılıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Hadisə ötən gecə baş verib. Belə ki, 33 yaşlı məşqçi 3 polisi vurub. Məşqçi elektroşoker istifadə etdikdən sonra saxlanılıb. O göstərdiyi müqavimətə görə və polisə qəsdən zorakılıq etdiyi üçün polis bölməsinə aparılaraq həbs edilib
Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.



