|
|
|
|

Hindistanın cənubundakı Keral ştatında torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 140-ı ötüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli ştatın səhiyyə departamentinin məlumatında bildirilib.
Qeyd olunub ki, təbii fəlakət nəticəsində 120-dən artıq şəxs yaralanıb. Faciə ilə bağlı bu gün – 31 iyul tarixində Keralda matəm elan olunub.
Torpaq sürüşmələrinə iyulun 30-dan ştatda başlayan musson leysanlarının səbəb olduğu bildirilir. Təbii fəlakətdən ən çox Vyanad rayonu zərər görüb. Burada 4 saat ərzində 3 dəfə torpaq sürüşməsi baş verib.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı keçirilir. Torpaq sürüşmələri nəticəsində xeyli sayda ev, yollar və körpülər dağılıb. Keral ştatının baş naziri Pinarayi Vidjayan bildirib ki, dağıntılar altında xeyli insan qalıb.
İbrahim Cəfərov



