|
|
|
|

Dünyanın ən “güclü” pasportu - 2024-cü il üçün bu ad Sinqapur vətəndaşlığını təsdiq edən sənədə verilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Londonun “Henley & Partners” firmasının tətbiq etdiyi “Henley Passport Index” üzrə hazırlanan hesabata görə Sinqapur vətəndaşları dünyanın 195 ölkəsinə vizasız daxil ola bilər.
İkinci yerdə 192 ölkə ilə vizasız gediş-gəlişi olan Yaponiya, Almaniya, Fransa, İtaliya və İspaniya yerləşir. 3-cü yerdə isə 7 ölkənin adı var. Cənubi Koreya, İsveç, Finlandiya, Avstriya, İrlandiya, Lüksemburq və Niderland vətəndaşları 191 ölkəyə vizasız gedə bilər.
Yeri gəlmişkən, hesabata görə dünyanın ən “zəif” pasportu da məlumdur. Bu, Əfqanıstan vətəndaşlığını təsdiq edən sənəddir. Əfqanların cəmi 26 ölkəyə icazəsiz gedişi mümkündür.
L. Tağıyeva



