|
|
|
|

Hərbi xidmətə cəlb olunmalarının müzakirə edildiyi görüşün qarşısını almağa çalışan ultra-ortodoks yəhudilər ("Haredim") ilə İsrail polisi arasında dava düşüb.
525.az xarici mediaya istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə, İsrailin Təl-Əviv şəhərində ultra-ortodoks yəhudilərin hərbi xidmətə götürülməsi müzakirə olunan toplantı keçirilib.
Hərbi xidmətin əleyhinə olan çoxlu ultra-ortodoks yəhudi toplantının keçirildiyi binanın qarşısına toplaşaraq görüşün qarşısını almağa çalışıb.
İclasın keçirildiyi binaya girməyə mane olmağa çalışan ultra-ortodoks yəhudilərlə polis arasında dava düşüb.
Polisin bəzi etirazçılara sərt müdaxiləsi kameralara düşüb.
Malik Atilay



