|
|
|
|

ABŞ-nin qərb ştatlarında 94 müxtəlif bölgəni əhatə edən meşə yanğını nəticəsində 843 min hektardan çox meşə sahəsi məhv olub.
525.az xarici mediaya istinadən xəbər verir ki, Amerikanın Səsi Radiosunun (VOA) məlumatına görə, Oreqon, Vaşinqton, Nevada, Aydaho, Yuta və Kaliforniya ştatlarında 94 meşədə başlayan yanğın davam edir.
ABŞ-də 94 müxtəlif bölgəni əhatə edən yanğınlar 843 min hektardan çox meşə sahəsinin yanmasına səbəb olub.
Oreqon ştatının şərqində 117 min hektar ərazini məhv edən “Durkee Atəşi”nə milli qvardiya göndərilsə də, yanğının yalnız 49 faizi nəzarət altına alınıb.
İyulun 21-dən Yuta ştatında 88 yeni yanğın başlasa da, onların 44 faizinin insan faktoru olduğu qeydə alınıb.
Ağ evin "X" hesabında edilən açıqlamada ABŞ rəhbərliyinin yanğının söndürülməsi üçün resurslarını səfərbər etdiyi açıqlanıb.
Malik Atilay



