|
|
|
|

HAMAS-nı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə avqustun 2-də İranda keçiriləcək vida mərasimindən sonra Qətərdə dəfn olunacaq.
525.az xəbər verir ki, bu barədə hərəkatın yaydığı açıqlamada deyilir.
“Cəsəd avqustun 2-də Qətərin Lusail şəhərində torpağa tapşırılacaq”, - məlumatda vurğulanıb.
Avqustun 1-də HƏMAS Siyasi Bürosunun rəhbəri ilə Tehranda vida mərasimi keçiriləcək. Həmin gün Haniyənin cənazəsi Dohaya aparılacaq. HƏMAS-ın məlumatına görə, Qətərdə vida mərasimində Fələstin fraksiyalarının nümayəndələri ilə yanaşı, İslam və ərəb liderləri də iştirak edəcək.
Haniyə iyulun 31-nə keçən gecə Tehranda hücum nəticəsində öldürülüb. Fələstin hərəkatı onun ölümündə İsraili günahlandırıb.
Pərvanə Sultanova



