|
|
|
|

HAMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İsraillə Fələstin qruplaşması arasında arasında uğurlu vasitəçilik mümkün deyil.
525.az xəbər verir ki, bu barədə Qətər hökumətinin başçısı Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani “X” sosial şəbəkəsində yazıb.
“Bir tərəf digər tərəfdən danışanı aradan qaldırırsa, vasitəçilik necə uğurlu ola bilər?”, – baş nazir qeyd edib.
O vurğulayıb baş verənlərdən sonra dünyanın “ciddi tərəfdaşlara və qlobal mövqeyə ehtiyacı var, bu insan həyatına etinasızlığı rədd edəcək.
Tehranda Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə və onun mühafizəçisi öldürülüb. Qətldə İsrail günahlandırılır.
İsrailin Müdafiə Qüvvələrinin mətbuat xidməti baş verənlərə görə Təl-Əvivin məsuliyyət daşımadığını bəyan edib.
Pərvanə Sultanova



