Ukrayna Niderlanddan 6 ədəd F-16 qırıcısı alıb.
525.az xəbər verir ki, bu barədə “The Times” yazıb.
Nəşrin məlumatına görə, tezliklə Ukrayna Silahlı Qüvvələri F-16-ların növbəti hissəsini Danimarkadan alacaq. Lakin hələlik qırıcıların dəqiq çatdırılma vaxtı barədə məlumat verilmir.
Ukrayna prezident administrasiyası rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna hakimiyyəti F-16-larla bağlı məlumatları rəsmi şəkildə təsdiqləmək niyyətində deyil.
ABŞ da sözügedən məsələ ilə bağlı şərh verməkdən boyun qaçırıb.
“Telegraph”ın yazdığına görə isə, Ukrayna Silahlı Qüvvələri artıq F-16 qırıcı təyyarəri ilə ilk uçuşlarını həyata keçiriblər.
İbrahim Cəfərov