|
|
|
|

Venesuelada prezident seçkilərindən sonra baş verən iğtişaşlar zamanı xəsarət alan hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı 77-yə çatıb, 1 nəfər ölüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Vilyam Saab bildirib.
Onun sözlərinə görə, iğtişaşlar zamanı saxlanılanların sayı 1062-yə çatıb.

Saab etiraz aksiyalarının iştirakçılarını yanğın törətməkdə, zorakılıq aktlarında və digər cinayətlərdə günahlandırıb.
“Hazırda küçələrdə sakitçilikdir”, - deyə baş prokuror sözlərinə əlavə edib.
Xatırladaq ki, iyulun 29-da Venesuelada keçirilən prezident seçkilərində Nikolas Maduro qələbə qazanıb. Lakin müxalifət seçkinin nəticəsi ilə razılaşmadığını bəyan edib. Nəticədə minlərlə insanın iştirakı ilə etiraz aksiyalarına start verilib. Ölkənin müdafiə naziri Padrino Lopes müxalifəti çevriliş etmək cəhdində günahlandırıb.
İbrahim Cəfərov



