|
|
|
|
ABŞ Dövlət Departamenti İsraillə "Hizbullah" arasında artan gərginliyə görə vətəndaşlarına "Livana səyahət etməmək" barədə xəbərdarlıq edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin internet saytında yenilənmiş səyahət xəbərdarlıqları bölməsində Livanla bağlı yeni xəbərdarlıq dərc edilib.
Bəyanatda son günlər İsrail və "Livan Hizbullah"ı arasında artan gərginliyə əsaslanaraq, ABŞ vətəndaşlarına Livana səfər etməmələri barədə xəbərdarlıq edilib.
Hazırda Livanda olan Amerika vətəndaşlarına təhlükəsiz yerə sığınmaq, ölkənin cənub bölgəsində olanlara isə dərhal bölgəni tərk etmək tövsiyə edilib.
Malik Atilay