Şimali Koreyanın şimal-qərbindəki Sinuiju şəhərində leysan yağışlar və daşqınlar davam edir.
525.az "Yohnap"a istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyi sel fəlakətinin yaşandığı Şimali Koreya ilə bağlı açıqlama verib.
Nazirlik Sinuiju şəhərində leysan yağışlar və daşqınlar nəticəsində ölən və ya itənlərin sayının 1000-i keçdiyini təxmin etdiklərini açıqlayıb.
Malik Atilay