|
|
|
|

Almaniyada minlərlə insan skeleti tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nürnberqdə qazıntı işləri aparan işçilər insan skeletlərinə rast gəliblər. Əraziyə baxış keçirən mütəxəssisləri sümüklərin yaşıl rəngdə olması təəccübləndirib.
Vəziyyətə arxeoloqlar aydınlıq gətirib. Onlar skeletlırin 17-ci əsrdə vəba epidemiyası zaman ölənlərə aid olduğunu bildirib.
Qazıntı zamanı əvvəlcə yüzlərlə skelet üzə çıxıb. Daha sonra onların sayı 3 minə çatıb. Bununla da Almaniya ərazisində ən böyük vəba məzarlığı üzə çıxıb.
Vəbadan söz düşmüşkən, "qara ölüm" adlandırılan bu xəstəlik tarix boyunca bir neçə dəfə epidemiya halını alıb. 551-580-ci illərdə Misirdəki epidemiyada 100 milyon insan həyatını itirib. 1346-1382-ci illərdə Avropa və Asiyanı ağuşuna alan "qara ölüm" təkcə Avropanın əhalisinin 1/3-i öldürüb. Almaniyada 1632-1633-cü illərdəki epidemiyada isə yüz minlərlə insan vəbanın qurbanı olub.
L.Tağıyeva



