Türkiyə ərazisində instaqram sosial şəbəkəsinə giriş bloklanıb.
525.az xəbər verir ki, bu barədə Texnologiya və Rabitə Şurası qərar qəbul edib. Lakin qərarın səbəbi və qadağanın hansı müddətdə davam edəcəyi barədə hər hansı açıqlama verilmir.
NTV telekanalının ehtimalına görə, instaqrama girişin məhdudlaşdırılması sosial şəbəkənin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra verilən başsağlığı mesajlarını silməsi ilə bağlı ola bilər.
Prezident Administrasiyasının rabitə şöbəsinin rəhbəri Fahrettin Altun bu bloklanma ilə bağlı platformanı qınayıb.
İbrahim Cəfərov