Rusiyanın azad etdiyi amerikalı məhbuslar ABŞ-a qayıdıblar.
525.az “Reuters”ə istinadən xəbər verir ki, məhbus mübadiləsinə əsasən həbsdən çıxan üç amerikalının olduğu təyyarə Merilend ştatındakı Endryus bazasına eniş edib. ABŞ-a qayıdanları onların qohumları, eləcə də prezident Co Bayden və vitse-prezident Kamala Harris qarşılayıblar.
ABŞ-a geri dönənlər arasında Rusiyada 16 il müddətinə azadlıqdan məhrum edilən "Wall Street Journal"ın müxbiri Evan Gerşkoviç, ABŞ dəniz piyadası Paul Uelan və rusiyalı-amerikalı jurnalist Alsu Kurmaşeva yer alıb.
Qeyd edək ki, yeddi ölkədən əsirlərin mübadiləsi dünən Ankarada baş tutub. Rusiyadan ABŞ, Almaniya, Norveç, Polşa və Sloveniyaya 10 nəfər qayıdıb. Rusiya və Belarusa bunun müqabilində Qərb ölkələrində olan 16 məhbus təhvil verilib.
İbrahim Cəfərov