|
|
|
|

Hollivud ulduzu Tom Kruz Parisdə keçiriləcək Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış edəcək.
525.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, Kruz öz çıxışı ilə 2024-cü il Oyunlarını 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiada ilə əlaqələndirə biləcək.
Versiyalardan birinə görə, özünün ekstremal tryukları ilə tanınan Kruz Olimpiya bayrağı ilə “Stade de France”ın zirvəsindən səhnəyə enəcək. Bundan əvvəl o, 2028-ci il Olimpiadasının reklam çarxına çəkilib. Hekayədə ulduz Olimpiya bayrağı ilə Fransadan ABŞ-a səyahət edir.
Qeyd edək ki, Parisdə baş tutan 2024-cü il Olimpiadasının açılış mərasimi izləyicilər və ekspertlər tərəfindən tənqid edilib. Şou zövqsüz, çirkin və hətta "xristianları təhqir edən" adlandırılıb.
Pərvanə Sultanova



