|
|
|
|

Venesiya turist qruplarının sayı ilə bağlı yeni məhdudiyyətlər elan edib. Bu, şəhərdə kütləvi turizm təzyiqini azaltmaq məqsədi daşıyır.
525.az “Euronews”a istinadən xəbər verir ki, avqustun əvvəlindən qruplar 25 nəfərlə məhdudlaşacaq, bu da bir tur avtobusunun tutumunun təxminən yarısı qədərdir.
Səlahiyyətlilərin bəyanatında deyilir ki, səsgücləndiricilərdən istifadə də qadağan olunacaq. Məhdudiyyət iki yaşından kiçik uşaqlara şamil edilmir.
Təhlükəsizliyə cavabdeh olan Elizabetta Peşe bildirib ki, tədbirlər Venesiyanın tarixi mərkəzi, eləcə də turistlər tərəfindən də məşhur olan Murano, Burano və Torçello adaları ətrafında qrupların hərəkətini yaxşılaşdırmaq məqsədi daşıyır.
BMT-nin mədəniyyət bölməsi iki dəfə Venesiyanın YUNESKO-nun təhlükə altında olan irs obyektləri siyahısına daxil edilməsini nəzərdən keçirib. Eyni zamanda, turizm şəhərin həyatına təsir edən əsas amillərdən biri adlandırılırdı.
Daha əvvəl şəhərdə bir gecə qalmaq üçün yeni vergi tətbiq etməyin planlaşdırdığı açıqlanmışdı.
Pərvanə Sultanova



