|
|
|
|
Qazaxıstan 2026-cı ilin ortalarında “Kaşaqan” yatağında “GPC İNVESTMENT LLP” şirkətinin illik layihə gücü təxminən 1 milyard kubmetr olan qaz emalı zavodunu istifadəyə verməyi planlaşdırır.
525.az "Report"-a istinadən xəbər verir ki, Qazaxıstan hökumətinin mətbuat xidməti bu barədə “GPC Investment” şirkətinin rəhbəri vəzifəsini icra edən Berik Abışevə istinadən bildirib.
“Zavodun ətrafındakı infrastruktur hazırdır. Layihəmiz 2026-cı ilin ortalarında işə salınacaq”, - o qeyd edib.
“Zavodun istifadəyə verilməsi ölkənin regionlarını əlavə həcmdə qazla təmin etməyə imkan verəcək. Hökumət başçısı müəssisənin tikintisinin sürətləndirilməsi ilə bağlı göstəriş verib”, - məlumatda bildirilib.