|
|
|
|
İtaliyanın cənubunda - Kalabriya və Apuliya bölgələrində zəlzələ qeydə alınıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 5 bal gücündə titrəyiş yerli əhali və turistləri qorxuya salıb. Evlərindən qaçan insanlar bir müddət küçələrdə qalıblar. Hətta küçədə gecələyənlər də olub.
Qeyd edək ki, zəlzələnin episentri Petrapaola qəsəbəsinin yaxınlığında, 20 km dərinlikdə olub. Zəlzələ bölgənin Bari, Brindizi və digər böyük yaşayış məntəqələrində də hiss edilib. Dağıntı və tələfat barədə məlumat hələki yoxdur.
L.Tağıyeva