|
|
|
|
Şənbə günü Böyük Britaniyanın bir çox şəhərində keçirilən anti-immiqrant etirazları zamanı onlarla insan saxlanılıb.
APA xəbər verir ki, Britaniya mediası Sautportda 3 uşağın öldürülməsindən sonra ifrat sağçı qüvvələrin təşkil etdiyi etiraz aksiyalarının bir çox yerdə polislə toqquşma və talanlarla başa çatdığını yazıb.
Polisin yaydığı məlumata görə Lankaşirdə 20, Staffordşirdə 10, Liverpulda 6, Kinqston-apon-Hallda 4, Harlepulda isə 11 və 14 yaşlı iki yeniyetmə, zorakılıq tətbiq etdikləri üçün saxlanılıb .
İğtişaşların axşam saatlarına qədər davam etdiyi Bristolda çoxlu etirazçının həbs edildiyi bildirilir. Belə aksiyalarda polis adətən müşahidə kameralarından istifadə edir və sonrakı günlərdə həbslərin sayı artır.
“Sky News“un yaydığı görüntülərə görə, Mançesterdəki etirazlar zamanı bir qrup şəxs ərzaq mağazasını, Liverpulda isə mobil telefon mağazası da daxil olmaqla daha bir neçə satış məntəqəsini qarət edib. Belfastda avtomobil və kafe yandırılıb, Kinqston-apon-Hallda isə bir neçə mağazanın şüşələri sındırılıb.