|
|
|
|

Səudiyyə Ərəbistanı “Masam” layihəsinin üzvləri Yəmənin müxtəlif bölgələrini 670 partlayıcı qurğudan təmizləyiblər.
525.az “Arabnews”a istinadən xəbər verir ki, ümumilikdə 5 piyada əleyhinə mina, 47 tank əleyhinə mina, 570 partlamamış hərbi sursat və 21 partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.
Təşəbbüsün icraçı direktoru Ousama Əl-Qosaibi bildirib ki, 2018-ci ildən bəri 453 968 mina təmizlənib.
Partlayıcı maddələr fərq qoyulmadan yerləşdirilib, mülki əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar üçün təhlükə yaradıb.
Minatəmizləmə əməliyyatları Marib, Aden, Jouf, Şabua, Taiz, Hodeidah, Lahij, Sanaa, Al-Bayda, Al-Dhale və Saada şəhərlərində aparılıb.
“Masam” layihəsi yerli minatəmizləmə mühəndislərini hazırlayır və onları müasir avadanlıqlarla təmin edir. Həmçinin, partlayışlar zamanı yaralanan yəmənlilərə dəstək təklif edir.
Komandalara mülki şəxslərin təhlükəsiz hərəkətini və humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün kəndləri, yolları və məktəbləri minalardan təmizləmək tapşırılıb.
Pərvanə Sultanova



