|
|
|
|

Qırğızıstan yaxın 2-3 ay ərzində Tacikistanla sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqları başa çatdırmağı planlaşdırır.
525.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jeenbek Kulubayev deyib.
“Sərhəd çox həssas məsələdir, danışıqlar davam edir, tərəflərin mövqelərini müqayisə edirik. Düşünürəm ki, yaxın 2-3 ay ərzində bunu başa çatdıracağıq”, - nazir əlavə edib.
2022-ci ilin oktyabrında Qırğızıstan prezidenti Sadır Japarov rusiyalı həmkarı Vladimir Putindən Tacikistanla sərhədin delimitasiyası məsələsinin həllinə kömək etməyi xahiş edib.
Bundan sonra respublikanın müdafiə naziri Baktıbek Bekbolotov bildirib ki, Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti həll etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları yerləşdirilməlidir.
Pərvanə Sultanova



