|
|
|
|

Rusiyanın Başqırdıstan Respublikasının Stərletamak şəhərində müəssisələrdən birində yanğın baş verib, nəticədə 3 nəfər ölüb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i İstintaq Komitəsinin Başqırdıstan üzrə idarəsinə istinadən məlumat yayıb.
“Sənaye binasında köhnə boru kəmərinin sökülməsi zamanı qaz-hava qarışığı yanıb, 3 işçi termik yanıq alıb, onlar hadisə yerində keçiniblər”, – məlumatda diqqətə çatdırılıb.



