|
|
|
|

İran prezidenti Məsud Pezeşkian növbəti dəfə İsraili hədələyib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə HƏMAS təşkilatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə qisas alacaqlarını bildirib.
“İran İslam Respublikası regiondakı müharibə və böhranın miqyasını böyütmək istəmir. Lakin bu rejim öz cinayətlərinə görə cavab verməyə məcburdur”, - deyə Məsud Pezeşkian vurğulayıb.
İran prezidenti həmçinin Rusiyanın Fələstin xalqına dəstəyini yüksək qiymətləndirdiyini söyləyib.
Xatırladaq ki, Məsud Pezeşkianla Sergey Şoyqu arasında görüş avqustun 5-də Tehranda keçirilib.
İbrahim Cəfərov



