|
|
|
|

Səudiyyə Ərəbistanında turizm sektoru 2023-cü ildə özünün inkişaf dövrünü yaşayıb. Belə ki, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrindən 8,6 milyon ziyarətçi ölkəyə səfər edib və onlar vasitəsilə iqtisadiyyata 15 milyard SAR-dan çox vəsait daxil olub.
525.az xəbət verir ki, bu barədə ölkənin Turizm Nazirliyinin illik statistik hesabatında deyilir.
Hesabata görə, 3,4 milyon turistlə Bəhreyn KƏŞ ölkələri arasında birinci olub. Küveytdən gələn turistlərin sayı 2,3 milyon, BƏƏ-dən 1,4 milyon, Qətərdən 1,1 milyon turist ölkəyə səfər edib. Omandan Səudiyyə Ərəbistanına səfər edənlər 455 min nəfər təşkil edib.
Ümumilikdə, 2023-cü ildə Səudiyyə Ərəbistanı 27 milyon beynəlxalq ziyarətçini qəbul edib ki, onların xərcləri 141 milyard SAR təşkil edib. Yerli və xarici turistlərin ümumi sayı 109 milyonu ötüb.
Ziyarətçilərin sayının artması Səudiyyə iqtisadiyyatına əhəmiyyətli töhfə verir və Krallığın əsas turizm məkanı kimi cəlbediciliyini nümayiş etdirir.
Pərvanə Sultanova



