|
|
|
|

Banqladeşin poçt, telekommunikasiya və informasiya texnologiyaları üzrə keçmiş dövlət naziri Zunaid Əhməd Palak Hindistana qaçmaq istəyərkən Dəkkə Beynəlxalq Hava Limanında saxlanılıb.
525.az “Report” -a istinadən xəbər verir ki, bu barədə “United News of Bangladesh” xəbər portalı məlumat yayıb.
Bundan başqa, bir sıra KİV ölkənin polis istintaq şöbəsinin keçmiş rəhbəri Harun ər-Rəşidin hava limanında saxlanıldığını bildirsə də, o, xaricə getməsi ilə bağlı yayılan iddiaları təkzib edib.



