|
|
|
|

Filippinin cənubundakı Mindanao bölgəsi sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Filippində zəlzələ baş verdiyini açıqlayıb.
Ölkənin cənubundakı Mindanao bölgəsinin sahillərində baş verən zəlzələnin gücü 6,3 bal gücündə qeydə alınıb.
Yerin təxminən 16 kilometr dərinliyində baş verən zəlzələ ilə bağlı hələ ki, heç bir tələfat yoxdur və sunami xəbərdarlığı da verilməyib.
Dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Filippin "Alov halqası" kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.
Malik Atilay



