|
|
|
|

Avstraliyada qorxunc hadisə baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı avstraliyalı ailəsi ilə turneyə çıxıb və Kuktaun şəhəri yaxınlığında, Annan çayında balıq tutmaq qərarına gəlib.
Qəfldən çaya yıxılan balıqçı suyun üzünə qalxmayıb, sanki yoxa çıxıb. Onun timsahın qurbanı olduğu deyilir. Özü də hadisə onun həyat yoldaşı və 2 azyaşlı qızının gözləri qarşısında baş verib.
Yeri gəlmişkən, yerli əhali son vaxtlar çayda, avtomobil körpüsünün həndəvərində 5 metrlik timsahı tez-tez gördüklərini söyləyirlər. İnsanlar avtomobillə vurulan müxtəlif heyvanları körpüdən çaya atdıqlarına görə timsah burada "lövbər salıbmış".
L.Tağıyeva



