|
|
|
|

“Rusiya hüquq-mühafizə orqanları Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə dünənki hücumuna qiymət verəcək”.
525.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, bu hücumu dinc əhaliyə qarşı terror aktı adlandırıb: “Söhbət növbəti terror aktından gedir. Aydındır ki, bu hücum dinc, mülki əhaliyə qarşı yönəlib. Buna zərrə qədər də şübhə yoxdur”.
Xatırladaq ki, avqustun 6-da Kursk vilayəti Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri sərhədi keçməyə çalışıblar. Hava hücumu nəticəsində 3 nəfər ölüb, 28 nəfər yaralanıb.
İbrahim Cəfərov



