|
|
|
|

Kataloniyanın keçmiş lideri Karles Puçdemon İspaniyaya qayıdacağını açıqlayıb.
525.az “Euronews”a istinadən xəbər verir ki, sabiq lider vətəninə qayıdışın onun son variantı olduğunu və Kataloniyadakı “Madridyönlü” regional hökumətə qarşı çıxmaq niyyətini bəyan edib.
“O, bu həftə regionun qanunverici orqanında keçirilən səsvermədən sonra hakimiyyətə gəlməlidir. Mən orda olmalıyam və orada olmaq istəyirəm. Buna görə də sürgündən qayıdıram”, - Puçdemon əlavə edib.
Bundan əvvəl isə “X” platformasında müraciət yayaraq Belçika və Fransada yeddi illik sürgündən sonra özünü ispan repressiyalarından müdafiə etmək üçün tezliklə vətəninə qayıdacağını yazıb.
“Əgər həbs olunsam, bu, birinci dəfə olmayacaq”, - Puçdemon parlament fəaliyyəti ilə bağlı İtaliya və Almaniyada həbs cəzalarına toxunaraq bildirib.
Keçmiş deputat 2017-ci ilin oktyabrında qaçdığı ölkəyə qayıdarsa, dərhal həbs oluna bilər.
Qeyd edək ki, 2017-ci il oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyini elan edib. Bu qərardan sonra İspaniya Senatı ölkə Konstitusiyasının 155-ci maddəsi əsasında Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib. Bundan sonra o, fitnə, təhrik və mənimsəmə ittihamlarından yayınmaq üçün maşının yük yerində gizlənərək şimala qaçıb. Belçikaya sığınan Puçdemon 2019-cu ildə Avropa Parlamentinin üzvü seçilib. Belçika məhkəməsi İspaniyanın onun təhvil verilməsi ilə bağlı tələbini rədd etmişdi.
Pərvanə Sultanova



