|
|
|
|

Rusiyada ağır yol qəzası baş verib.
525.az “Kommersant”a istinadən xəbər verir ki, Astraxan-Moskva reysi üzrə hərəkət edən sərnişin avtobusu Volqoqrad ərazisində yük maşını ilə toqquşub. Nəticədə 6-sı uşaq olmaqla 20 nəfər yaralanıb.
Qəzada xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Bu barədə Astraxan vilayətinin qubernatoru İqor Babuşkin məlumat verib. O bildirib ki, yaralılar ambulator müalicə alırlar.
Qeyd edək ki, qəza yerli vaxtla 04:16-da baş verib. Hadisə vaxtı avtobusda 30 sərnişin olub.
İbrahim Cəfərov



